- Baxış sayı: 27
- 31 Mart 2026 17:12
- Baxış sayı: 707
- Mart 30, 2026
- 0

Birmingem şəhərində İngiltərə futbol assosiasiyasının təşkilatçılığı ilə liderlik akademiyası layihəsi həyata keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa liqası final 2019-un və Avro-2020-nin könüllüsü Camal Səmədov AFFA-nın xətti ilə layihədə iştirak edib.
Liderlik akademiyasına 14 fərqli ölkənin hərəsindən 1 təmsilçi qatılıb. Digər iştirakçılar isə İngiltərənin müxtəlif şəhərlərini təmsil edib. Ümumilikdə, tədbir 100-ə yaxın gəncin iştirakı ilə keçirilib.
Layihə müddətində öncüllüklə bağlı təlimlər, komanda quruculuğu ilə bağlı müxtəlif yarışlar, oyunlar təşkil edilib. Eyni zamanda, Avro-2020 ilə bağlı geniş təqdimat nümayiş olunub.