- Baxış sayı: 155
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 155
- Dekabr 05, 2025
- 0

Rumıniyanın “Universitatya Krayova” klubunun baş məşqçisi Korneliu Papure Avropa liqasının 1-ci ələməsində “Səbail”ə qarşı oyundan əvvəl mətbuat konfransı keçirdi. Allsport.az saytı xəbər verir ki, yerli mütəxəssis Bakıda jurnalistlərlə görüşdə bunları söylədi:
“Rəqib haqqında bilgim yoxdur. Yalnız yoldaşlıq oyunlarının video-yazısını izləmişəm. Ötən ilin sonunun görüşlərini izləmək yersizdir. Çünki komandanın heyəti dəyişib, yenilənib.
“Səbail” haqqında yaxşı fikir söyləyə bilərəm. Bizə burada asan olmayacaq. Bu matçda favoritin kim olduğunu söyləmək çətindir. Sabah bütün gücümüzü ortaya qoyub yaxşı nəticə qazanmağa çalışacağıq”.