“Kral klubu”nda ağır itki

“Real Madrid”in yarımmüdafiəçisi Dani Sebalyos zədələnib.

Allsport.az xəbər verir ki, tibbi müayinələr nəticəsində 29 yaşlı ispaniyalı futbolçunun sağ ayağının baldır əzələsində xəsarət aşkarlanıb.

Sebalyos bu zədəni “Osasuna” ilə matçda (2:1) alıb. Hazırda oyunçunun bərpa prosesi həkimlərin nəzarəti altındadır və onun yaşıl meydanlara qayıdacağı vaxt müalicənin gedişatından asılı olacaq.

Həmin kateqoriyadan