- Baxış sayı: 35
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“”Krasnodar” çox güclü klubdur. Bunu hamı da yaxşı bilir – Avropa Liqasında da, Rusiya çempionatında da yaxşı çıxış edir. Bakıda da “Qəbələ” ilə oyuna qələbə üçün getmişdilər. Amma açığı mən düşünürdüm ki, “Krasnodar”ı çətin oyun gözləyir”.
Allsport.az saytı xəbər verir ki, bunu sportinfo.az-a açıqlamasında rəqib komandanın üzvü Ruslan Rzayev deyib. Azərbaycan əsilli futbolçunun sözünə görə, ev sahibindən belə zəif oyun gözləməyiblər:
“Düzünü deyim ki, “Qəbələ”nin bu cür hesabla uduzacağını gözləmirdim. Düşünürdüm ki, “Qəbələ” “Krasnodar”a qalib gələcək. Ən azından isə heç-heçə olar. Amma futbolda hər şey olur”.
Xatırladar ki, dünən Avroliqanın qrup mərhələsinin son görüşündə “qara-qırmızılar” Rusiya klubuna 0:3 hesabı ilə uduzub.