Kristensenə yeni müqavilə

“Barselona”nın rəhbərliyi hazırda zədəli olan müdafiəçisi Andreas Kristensenə yeni müqavilə təklif edib.

Allsport.az xəbər verir ki, Kataloniya klubu 29 yaşlı danimarkalı futbolçuya ikiillik yeni sözləşmə təqdim olunub.

Lakin yeni şərtlər Kristensenin hazırkı maaşının ciddi şəkildə azaldılmasını nəzərdə tutur. Məlumata görə, futbolçunun özü komandada qalmaq istəsə də, maliyyə şərtlərinə görə digər variantları da dəyərləndirir. Hazırda reabilitasiya dövrünü keçən müdafiəçinin yaşıl meydanlara yalnız 2026-cı ilin mayında qayıdacağı gözlənilir.

Həmin kateqoriyadan