- Baxış sayı: 27
- 02 Mart 2026 13:38
- Baxış sayı: 51
- Mart 02, 2026
- 0

“Filadelfiya Flayers” komandası NHL-in müntəzəm mövsüm oyununda “Pittsburq”la qarşılaşıb.
Allsport.az xəbər verir ki, matç “pinqvin”lərin 5:1 hesablı qələbəsi ilə bitib.
Görüşdə Sidney Krosbi iki dəfə fərqlənib. Bununla da kanadalı oyunçunun səfər oyunlarında vurduğu qol sayı 300-ə çatıb.
“Pittsburq”un kapitanı bu saya çatan 14-cü xokkeyçi olub.