Kross qaçışı üzrə Bakı çempionatı keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı çempionatı keçirilib. Allsport.az xəbər verir ki, yarışda 92 idmançı mübarizə aparıb.

Onlardan da 33-ü qadındır. Nəticələrə görə qadınlar arasında Aida Hacıyeva (1 kilometr), Özləm Əmircanova (2 kilometr), Günel Vəliyeva (6 kilometr), Rəqsanə Rəcəbli (8 kilometr), kişilər arasında Tural Sadıqlı (12 kilometr), İlham Abışov (2 kilometr), Nail Rzayev (3 kilometr), Andrey Aranoviç (8 kilometr) birinci yerə layiq görülüblər.

Komanda hesabında “Təhsil-1” birinci, 5 saylı İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi ikinci, “Neftçi” isə üçüncü yeri tutublar. İlk üç yeri tutan idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Həmin kateqoriyadan