- Baxış sayı: 205
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0
Qadınlar voleybolçuların Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvlərinin çıxış etdikləri komandalar növbəti görüşlərini keçiriblər.
Yana Kulanın şərəfini qoruduğu “Çanaqqala Bələdiyyə” öz meydanında “Bursa”ya uduzub – o:3 (19:25, 20:25, 15:25). Yığmamızın ən hündürboylu oyunçusu bu matçda 3 xal toplayıb.
Kseniya Qoçigidin (Poznyak) komandası “Beşikdaş” İstanbulda “Seramiksan”ı üstələyib – 3:1 (21:25, 25:23, 25:23, 25:21). Həmyerlimiz “ağ-qaralar”a xal qazandırmayıb.
Geridə qalan 15 turdan sonra “Çanaqqala Bld.” 28 xalla 6-cı, “Beşidtaş” 22 xalla 8-ci yerdədir.