“Kuboku qazanmaq imkanımız qalıb”

Azərbaycan premyer liqasının XXX turunda “Neftçi” evdə “Zirə”yə 2:4 hesabı ilə uduzub.

Allsport.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən oyundan sonra “flaqman”ın baş məşqçisi Samir Abbasov mətbuat konfransında iştirak edib:

“Hesabda irəlidə ol, nə qədər qol epizodu yarat, sonda isə qələbəni əldən ver. Bu gün iki qol vurduq, üstəlik, təkbətək çıxdığımız fürsəti qaçırdıq… 2:1 öndəsən, top səndədir, son nöqtəni qoyub hücumu bitirməlisən, amma sən topu itirirsən və əks-hücumda qol buraxırsan. Ümumiyyətlə, bizə qarşı olan nüanslar çoxdur, amma bunu indi aradan qaldıra bilmirik. Kuboku qazanmaq imkanımız qalıb. Orada daha başqa motivasiya ilə oynamalıyıq. Kubok matçına karyeramızdakı son oyun kimi çıxmalıyıq. İnşallah, yaxşı nəticə qazanacağıq”.

Həmin kateqoriyadan

azenrutr