Kubokun püşkü atıldı

Bu gün Azərbaycan kubokunda 2025/26-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, “Holiday İNN” mehmanxanasında baş tutan tədbirdə peşəkar futbol liqasının prezidenti Elxan Səmədov, Azərbaycan futbol federasiyaları assosiasiyasının baş katibinin müavini Elçin Məmmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak etdilər. 

Püşkün atılmasında xüsusi qonaq olaraq şahmat üzrə gənclər arasında dəfələrlə Azərbaycan, Avropa və dünya çempionu olmuş Aydın Süleymanlı da iştirak edib. 

Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq. 

Kubokda I təsnifat mərhələsinin oyunları 8-9 oktyabrda baş tutacaq.

Azərbaycan kuboku

1-ci təsnifat mərhələsi

1. “Göygöl” – “Şəmkir”

2. “Sheki City” – “Araz Saatlı”

3. “Qaradağ Lökbatan” – “Ağdaş”

4. “Dinamo” – “Kür-Araz”

5. “Ağstafa Gəncləri” – “Şirvan”

6. “Quba” – “Xankəndi”

2-ci təsnifat mərhələsi

7. “Səbail” – “Şamaxı”

8. 1-ci cütün qalibi – “Baku Sportinq”

9. “Karvan-Yevlax” – 2-ci cütün qalibi

10. 3-cü cütün qalibi – “İmişli”

11. “Qəbələ” – “Mingəçevir”

12. “Cəbrayıl” – “Şəfa”

13. “Şimal” – “Şahdağ Qusar”

14. 4-cü cütün qalibi – “Turan Tovuz”

15. “Kəpəz” – 5-ci cütün qalibi

16. 6-cı cütün qalibi – “Difai”

17. “Zaqatala” – “Sumqayıt”

18. “Neftçi” – MOİK

1/8 final

19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

20. “Qarabağ” – 9-cu cütün qalibi

21. 10-cu cütün qalibi – “Sabah”

22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

23. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

24. “Araz-Naxçıvan” – 15-ci cütün qalibi

25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi

26. “Zirə” – 18-ci cütün qalibi

Həmin kateqoriyadan