- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

“Real Madrid”ın qapıçısı Tibo Kurtua “Yuventus”a qarşı oyunda əlamətdar yubileyə imza atıb.
Allsport.az xəbər verir ki, Turin təmsilçisi üzərində 1:0 hesablı qələbə qazanılan görüş belçikalı qolkiperin Madrid təmsilçisinin formasında çıxdığı 300-cü matç olub.
Bu 300 oyunda Kurtua 119 qarşılaşmada qapısını toxunulmaz saxlayıb (39,7%). Bu göstərici ilə o, klub tarixində dördüncü yerdədir.
“Kral klubu”nun tarixində yalnız İker Kasilyas (725 oyunda 264 quru oyun, 36,4%), Fransisko Buyo (456 oyunda 182 quru oyun, 39,9%) və Migel Anqel (346 oyunda 133 quru oyun, 38,4%) daha çox “quru” matç keçirib.