- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

“Liverpul”un cinah oyunçusu Federiko Kyesa çempionlar liqasının əsas mərhələsində oynamayacaq.
Allsport.az xəbər verir ki, Mersisayd klubu 27 yaşlı italiyalını avrokuboklarda iştirak üçün UEFA-ya təqdim etdiyi siyahıya daxil etməyib.
Kyesa bu mövsüm 3 oyun keçirib və 1 qol vurub. Ötən mövsüm o, “qırmızılar”ın heyətində 14 oyunda 2 qol vurub və bir məhsuldar ötürmə edib.
“Liverpul” əsas mərhələnin 8-ci turunda evdə “Qarabağ”la qarşılaşacaq.