- Baxış sayı: 37
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 52
- Yanvar 20, 2026
- 0

“Liverpul”un futbolçusu Federiko Kyeza mövsümün sonunda komandadan ayrıla bilər.
Allsport.az xəbər verir ki, 28 yaşlı italyan futbolçu “Enfild”də əsas heyətə düşməkdə çətinlik çəkir. Bu mövsüm premyer liqada cəmi 1 matça start heyətində başlayan Kyeza, daha çox sonradan oyuna daxil olmaqla kifayətlənir.
“Liverpul” rəhbərliyi yayda sağ cinahı gücləndirməyi planlaşdırdığı üçün Kyezanın gedişinə isti baxır. Onun yanvarda keçmiş klubu “Yuventus”a icarəyə veriləcəyi barədə şayiələr yayılsa da, hələlik rəsmi addım atılmayıb.