- Baxış sayı: 43
- 24 İyul 2024 11:53
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Azərbaycan karate federasiyasının nəzdində fəaliyyət göstərən Fullkontak kyokuşin karate federasiyasının qış seminarı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə 600-dən çox uşaq, yeniyetmə və gənc idmançı iştirak edib.
Seminara 60-dan çox məşqçi-müəllim də cəlb olunub. Bakı ilə yanaşı Gəncə, Lənkəran, Yevlax və digər bölgələrdən idmançılar da iştirak ediblər.
AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi ilə keçirilən seminarda iştirakçılara kyokuşin şinkyokuşin, şorinciryu kenkokan və aşihara növləri üzrə hərəkətlər nümayiş etdirilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.