- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Zirvə” İdman Klubunun “9-cu Zirvə Kuboku və 2-ci dünya çempionatı”nın cari mövsümdə 1-ci seçmə mərhələsi start götürüb. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, klubun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın bütün filialları arasında keçirilən yarışlardan ilki Lənkəranda baş tutub.
Fevralın 16-da bu şəhərdəki zalda Neftçala ağırlıqaldıranlərı güclərini sınayıblar. Bu dəfə körpücük üzərinə 85 idmançı çıxıb. Fevralın 17-18-də Lənkəran atletləri medallar uğrunda mübarizə aparıblar. İki gündə 290 idmançı yarışda iştirak edib.
Beləliklə, startdakı 3 gündə 375 idmançı çıxış edib ki, bu da rekord göstəricidir. Ötən ilin noyabrında eyni mərhələdə cəmi 312 ağır atlet qüvvəsini sınamışdı. Qarşıda – fevralın 20-də Samux, 23-də isə Abşron mərhələsinin də yarışları gözləyir.
Yarışlar şəxsi xarakter daşıyır və ona 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997-cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar. Qalib və mükafatçılar yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaq, medal və diplomlarla təltif olunacaqlar.