Lalə Rzazadə: İstərdim ki, daha yaxşı çıxış edim

Buenos Ayres-2018-də növbə yeniyetmə ağırlıqqaldıranlara çatıb. Allsport.az saytı xəbər verir ki, bu gün qızların yarışında 58 kq-da Lalə Rzazadə körpücük üzərinə çıxıb. O, dördillikdə adı çəkilən növdə çıxış edən ilk qadın kimi tarixə düşüb. İdmançımız toplam 147 kq (67+80) nəticə ilə 6-cı olub. Yarışdan sonra Lalə hislərini bölüşüb:

“Olimpiadada çıxış etmək böyük fəxrdir. Düzdür, istərdim ki, daha yaxşı çıxış edim və Vətənə medalla qayıdım. Ancaq təəssüf ki, bu dəfə alınmadı. Mənim üçün yaxşı təcrübə oldu. Söz verirəm ki, qarşıdakı yarışlarımda daha yaxşı çıxış edəcək, uğur qazanacağam. Məni dəstəkləyən hərə kəsə təşəkkür edirəm”.

Həmin kateqoriyadan