- Baxış sayı: 0
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İspaniyanın “Atletiko” klubunun Azərbaycanla olan sponsorluq müqaviləsinin müddətini artırmayacağına dair ehtimallar artmaqdadır. Allsport.az xəbər verir ki, yayda başa çatacaq müqavilənin yenilənməsi ilə bağlı müazkirə aparmaq üçün Madrid klubunun baş meneceri Migel Anhel Gil Marin Bakıda olsa da, danışıqların nikbin nəticələnəcəyi inandırıcı görünmür.
Belə ki, Türk Hava Yolları (THY) şirkətinin ispanlara daha sərfəli təklif etdiyi bildirilir. Marinin Bakı səfərindən sonra məhz Türkiyəyə yollanacağı da buna işarədi.
Qeyd edək ki, Azərbaycan 2013-cü ilin yanvarından “Atletiko”ya sponsorluq edir. Bu ayın əvvəllərinədək klubun formasında “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) loqosu vardı. Fevralın 7-dən isə loqotip yeniləndi. Bakı-2015 Avropa Oyunlarının təbliği məqsədi ilə oyunçular meydana “Baku 2015 European Games” (Bakı 2015 Avropa Oyunları) loqotipi olan formalarla çıxır.