Las-Veqasda “bürünc” ayı: Əli Şükürlüdən yeni tarix

ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranların dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, 34 ölkədən 98 idmançının qatıldığı yarışda millimiz 3-cü dəfə fərqlənib.

Əli Şükürlü (102 kq) birdən qaldırmada 125 kq-ı ram edərək, bu hərəkətdə “kiçik bürünc” medala sahib çıxıb. O, təkanla da uğurlu nəticə göstərib, 155 kq-ı başı üzərinə qaldıraraq, 3-cü olub.

Toplam 280 kq (125+155) nəticə göstərən idmançımız yekun sıralamada da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb. Buna qədər Azərbaycan yeniyetmələri arasında yalnız Nailxan Nəbiyev (2009) və Azər Məmmədli (2012) dünya birinciliklərində bu nəticəyə nail olublar.

Həmin kateqoriyadan