- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Latsio”nun hücumçusu Pedro gələn yay komandadan ayrılacaq.
Allsport.az xəbər verir ki, bu barədə ispaniyalı oyunçu yerli mətbuata açıqlamasında deyib.
“İstəyirəm ki, “Latsio”nun Avropa yarışlarına vəsiqə qazansın, sonra isə ayrılmağın vaxtı çatacaq”, – deyə “Football Italia” Pedrodan sitat gətirir.
38 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda doqquz oyun keçirib və bir məhsuldar ötürmə edib. O, 2021-ci ildən “Latsio”da çıxış edir. Pedro əvvəllər “Roma”, “Çelsi” və “Barselona”da oynayıb.