Latviya virsliqasının prezidenti PFL-də

Latviya virsliqasının prezidenti, Avropa liqaları idarə heyətinin üzvü Maksim Krivuneç Azərbaycan peşəkar futbol liqasının qonağı olub.

Allsport.az xəbər verir ki, PFL prezidenti Elxan Səmədovla görüşən Krivuneçin səfərində əsas məqsəd liqalar arasında təcrübə mübadiləsi olub. 20-ci turun bir sıra oyunlarını canlı izləyən qonaq matçların təşkili ilə bağlı ətraflı məlumat alıb, tətbiq olunan yeniliklərlə tanış olub. Maksim Krivuneç təşkilatçılıqdan məmnunluq ifadə edərək üzvü olduqları dünya liqaları assosiasiyasında da Azərbaycan peşəkar futbol liqasını görmək arzusunu ifadə edib. Dəvətə və dəstək arzularına görə Krivuneçə təşəkkür edən Elxan Səmədov.
2013-cü ildən Avropa liqalarının tamhüquqlu üzvü olan PFL-in fəaliyyətində Azərbaycan futboluna müsbət məqamlar bəxş edə biləcək bu cür anlaşmalara hər zaman müsbət yanaşıldığını bildirib. 
Eyni zamanda liqalar arasındakı əlaqələri yüksək qiymətləndirən virsliqa prezidenti gələcəkdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə inamını ifadə edib.

Həmin kateqoriyadan