- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
Polşanın “Legiya” klubu “Qarabağ”ın futbolçusu Mahir Əmrəlini transfer etmək üçün hərəkətə keçib. Allsport.az xəbər verir ki, 23 yaşlı hücumçu Varşava təmsilçisində oynamağa hazırdır.
Xəbərdə Əmrəliyə Türkiyə, Rusiya, Macarıstan və Portuqaliya klublarından da maraq olduğu qeyd edilib. Məlumata görə, futbolçu “Legiya”nın şərtləri ilə tanış olub və paytaxt klubuna keçməyə hazırdır.
“Legiya” Polşa ekstraklasasında 27 oyundan sonra 59 xalla 1-ci pillədə qərarlaşıb.
Mahirin “Qarabağ”la müqaviləsi mövsümün sonunda başa çatacaq. O, bu mövsüm keçirdiyi 28 oyunda 22 qol vurub, 4 məhsuldar ötürmə edib.