- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bakı-2015, bu gün Fransanın aparıcı televiziya kanallarından biri ilə yayım haqqında saziş bağlayıb. Allsport.az xəbər verir ki, anlaşmaya görə 1-ci Avropa Oyunları L’Equipe 21 kanalı, eyni zamanda, bu kanalın vebsaytı və mobil platformaları vasitəsilə Fransada canlı yayımlanacaq. Şirkət Bakı-2015-in açılış və bağlanış Mərasimlərinin birbaşa işıqlandıracaq. Hər gün yarışlardan 5 saatlıq canlı nümayiş və gündəlik ən maraqlı məqamların axşam yayımını təmin edəcək.
1-ci Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq sözü gedən razılıq barədə belə deyib: “Bu saziş qitənin hər yerindəki idman azarkeşlərinin onların ölkələrini təmsil edəcək idmançıları izləyə bilmələrinə imkan yaradacaq bu yaxınlarda imzalanmış əsas saziş olacaq. Biz Avropanın ən böyük dövlətlərindən biri olan Fransanın Bakı 2015 Oyunlarına təxminən 250 idmançıdan ibarət güclü komanda göndərəcəyini gözləyirik. Oradakı idman azarkeşlərinin evlərində oturub bütün yarışları izləyəcəklərini bilmək gözəldir. L’Equipe 21 idmana həsr edilmiş bir kanaldır və biz kanalın Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək elit idmançıları və yarışları yüksək keyfiyyətlə nümayiş etdirəcəyinə inanırıq”.
L’Equipe 21 televiziya kanalının baş meneceri Xavyer Spender, öz növbəsində, bunu bildirib: “Bakı-2015 beynəlxalq idman təqviminə mühüm hadisə kimi yazılacaq. Ona görə də 1-ci Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyəti daşıdığımız üçün çox şadıq. Bir idman tamaşası kimi bu, dünyanın hər yerindəki idman azarkeşlərində Oyunlara qarşı böyük maraq oyadacaq və biz Fransadakı bütün izləyicilər üçün Oyunların canlı yayımlanmasına öz köməkliyimizi göstərəcəyimiz üçün fəxr edirik”.
L’Equipe 21 kanalı, həmçinin, Bakı-2015-ə 100 gün qalması ilə bağlı xüsusi bir proqram yayımlayacaq və Fransanın Mili Olimpiya Komitəsinin jurnalı olan “Esprit Bleu”da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik hesabat təqdim edəcək. Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Messeqliya deyişdir: “Biz Bakı-2015 ilə 2012-ci ildən bizim media partnyorumuz olan L’Equipe 21 kanalı arasında idman azarkeşlərimizin birinci Avropa Oyunlarını canlı izləmələrinə imkan yaradan sazişin bağlandığından çox məmnunuq”.