- Baxış sayı: 27
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Sentyabrın 28-də “Barselona” İspaniya çempionatının 7-ci turunda “Real Sosyedad” üzərində 2:1 hesablı qələbə qazanıb.
Allsport.az xəbər verir ki, oyunda katalonların hücumçusu Robert Levandovski də fərqlənməyi bacarıb.
Bu, onun karyerasında 700-cü qolu olub.
O, qollarının əksəriyyətini “Bavariya”da vurub – 344. Levandovski “Barselona”da 105, Dortmund “Borussiya”sında 103, “Lex Poznan”da 41, “Zniç”də isə 21 qol vurub.
Onun Polşa millisinin heyətində 86 qolu var.