- Baxış sayı: 25
- 05 Dekabr 2025 10:28
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

“Barselona”nın hücumçusu Robert Levandovski qış transfer pəncərəsində “Fənərbağça”ya keçməyəcək.
Allsport.az xəbər verir ki, daha əvvəl İstanbul təmsilçisinin 37 yaşlı polşalıya 1,5 illik müqavilə təklif etdiyi barədə məlumat yayılmışdı.
Jurnalist Florian Plettenberqin məlumatına görə, Türkiyə klubu yanvarda Levandovskini transfer etməkdə maraqlı olsa da, futbolçunun özü bu variantdan imtina edib. O, ən azı yaya qədər “Barselona”da qalmaq istəyir.