Levandovskinin əvəzinə Keyn

Hücumçu Robert Levandovski gələn yay “Barselona”dan ayrıla bilər və Kataloniya klubu artıq onun yerinə başqa birini axtarır.

Allsport.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Harri Keyn “Barsa”nın hücum xəttini gücləndirmək üçün əsas namizəddir.

“Barselona” bu yay ingilis hücumçunun 65 milyon avroluq sərbəst qalma bəndini aktivləşdirməyə hazırdır.

32 yaşlı Keyn 2025/26 mövsümündə 17 matçda 23 qol vurub və üç məhsuldar ötürmə edib. Onun “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Həmin kateqoriyadan