- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ” ilə Fransanın “Lill” klubları arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, UEFA bu qarşılaşmanın Polşadan olan referilərə həvalə edib.
Matçın baş ədalət təmsilçisi Daniel Stefanski olacaq. Ona yan xətt hakimləri Rafal Rostofski və David İqor kömək edəcəklər. Dördüncü referi funksiyasını isə Zbiqnev Dobrınin həyata keçirəcək.
Qeyd edək ki, “Lill” ilə “Qəbələ” arasındakı ilk oyun iyulun 28-də səfərdə keçiriləcək. Cavab matçı isə bir həftə sonra – avqustun 4-də Bakıda baş tutacaq.