“Lill”dən “Sabah”a

“Sabah” yeni transferini açıqlayıb.

Allsport.az xəbər verir ki, “bayquşlar” gənc futbolçu Aaron Maluda “Lill” klubundan bir illik icarəyə götürülüb.

Maluda Fransanın “Lion” klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb.

Vinger mövqeyində çıxış edən Aaron, Fransanın U-19 millisinin də üzvü olub.

Həmin kateqoriyadan