“Lion” rekordu yeniləməyə yaxındır

“Lion” liqa 1-də “Nitsa”nı 2:0 hesabı ilə məğlub edərək bütün turnirlərdə ardıcıl 13-cü qələbəsini qazanıb.

Allsport.az xəbər verir ki, bu, klub tarixinin ikinci ən yaxşı nəticəsidir.

Mütləq rekord 2006-cı ilə məxsusdur (ardıcıl 14 qələbə). Hazırda 45 xalla 3-cü sırada olan “Lion” lider “Lans”dan 7 xal geri qalır. Komanda fevralın 22-də “Strasbur”u məğlub edərsə, öz tarixi rekordunu yeniləyəcək.

Həmin kateqoriyadan