Lionel Messi karyerasında 800-cü qolunu vurub

Argentina millisinin hücumçusu Lionel Messi Panama yığması ilə matçda qol vurub.

Allsport.az xəbər verir ki, hücumçu peşəkar karyerasında 800-cü qolu vurub. O, klub karyerası ərzində 701, millidə isə 99 qolla yadda qalıb.

Martın 24-də Argentina və Panama milliləri yoldaşlıq oyunu keçirib. Görüşün ev sahibləri 2:0 hesabı ilə qalib gəlib. 89-cu dəqiqədə PSJ-nin hücumçusu Lionel Messi komandasının ikinci qolunu vuraraq tabloda yekun hesabı müəyyənləşdirib.

35 yaşlı forvard 2005-ci ildən Argentina millisinə çağırılıb. Komanda ilə o, kapitan olarkən 2022-ci ildə Qətərdə keçirilən dünya kubokunu qazandı. Lionel Qətər dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

Həmin kateqoriyadan