- Baxış sayı: 135
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 135
- Dekabr 05, 2025
- 0

2-4 oktyabrda Avstriyanın Vyana şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə “Klubların lisenziyalaşdırılması və maliyyə feyr pleyi” mövzusunda seminarı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, AFFA-da bu işin rəhbəri Sərxan Hacıyev və qrupun baş eksperti Bəhram Dadaşovun iştirak edəcəyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:
– Ötən lisenziyalaşdırma mövsümünün icmalı
– UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə fair play-i üzrə qaydalarında baş vermiş dəyişikliklər
– UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı
– Lisenziyalaşdırma üzrə qərarlar və müvafiq nəticələr