Litvada Avropa Oyunlarına 100 gün qalması qeyd edilib

Litva idmançıları, məşqçiləri, idman həkimləri və veteranlar 12-28 iyun tarixlərində Bakıda baş tutacaq, yaxınlaşmaqda olan ilk Avropa Oyunlarını qeyd etmək üçün LTOK ilə birlikdə yığıncağa qatılıblar.

“Şadam ki, ilk Oyunlarda Litvadan 60-dan çox idmançı iştirak edəcək”. Allsport.az xəbər verir ki, bunu LTOK Prezidenti Daina Qudzinevicite bildirib və belə əlavə edib: “Nümayəndə heyətinə həm təcrübəli, həm də karyerasının başlanğıcında olan gənc idmançılar daxil olacaq. Bu yarışlar Avropa Oyunlarının ilk çempionu olmaq üçün yaxşı fürsətdir”.

Hal-hazırda doqquz idman növü – 3×3 basketbol, üzgüçülük, boks, avarçəkmə, velosiped idmanı, gimnastika, sambo, çimərlik voleybolu və güləş – üzrə azı 57 litvalı idmançı Bakı 2015 kvalifikasiya standartlarının tələblərini ödəyib.

Litva Milli Olimpiya Komitəsi cüdo, badminton, stolüstü tennis, triatlon və atıcılıq üzrə də idmançıların kvalifikasiya qazanacaqlarına ümid edir.

Həmin kateqoriyadan