Litvada Avropa Oyunlarına həsr olunmuş açıqcalar buraxılıb

Litva Olimpiya Komitəsi Poçt ilə birlikdə Litva fanatlarına Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə məlumat vermək və beləliklə, oyunlarda Litva idmançılarını dəstəkləmək təşəbbüsü ilə çıxış edib. Allsport.az xəbər verir ki, bununla əlaqədar üzərində Avropa oyunlarının rəmzi olan açıqcalar buraxılıb.

Bu açıqcaları Litvanın iri şəhərlərinin poçt şöbələrindən pulsuz alıb tanışlara göndərmək mümkün olacaq. Litva Olimpiya Komitəsinin prezidenti Dayna Qudzinyaviçyute deyir:

“İndiki zamanda biz çox vaxt virtual kommunikasiyanı seçirik, lakin poçt qutusunda dostunun göndərdiyi imzalı açıqcanı görmək xoş sürprizdir. Biz bu təşəbbüsü dəstəklədiyinə görə Litva Poçtuna minnətdarıq və hamını öz tanışlarına açıqca göndərməyə, bununla da idman tarixində möhtəşəm hadisə olan “Bakı-2015” Birinci Avropa Oyunları barədə məlumat verməyə çağırırıq”.

D.Qudzinyaviçyute ilk açıqcanı oyunların təşkilatçılarına göndərib.

Vilnüs, Klaypeda, Şyaulyay və Panevejisin poçt şöbələrinə 10 min açıqca göndərilib.

Həmin kateqoriyadan