“Liverpul” üç futbolçusunu itirdi

İngiltərə premyer liqasının XVII turu çərçivəsində keçirilən “Tottenhem” – “Liverpul” (1:2) qarşılaşması qonaq komanda üçün itkilərlə yadda qalıb.

Allsport.az xəbər verir ki, Mersisayd təmsilçisinin üç futbolçusu oyun zamanı xəsarət alıb.

Fasilədən sonra zədələnən müdafiəçi Konor Bredli hücumçu Aleksander İsakla əvəzlənib. Matçın 56-cı dəqiqəsində fərqlənən isveçli forvard qol vurduğu epizodda rəqib oyunçu Mikki van de Ven ilə toqquşaraq ayağından ciddi xəsarət alıb. Meydanı tibbi heyətin köməyi ilə tərk edən İsakın yerinə oyuna daxil olan Ceremi Frimpong da görüşün sonlarında zədələnərək əvəzlənməli olub.

“Liverpul”un baş məşqçisi Arne Slot BBC sport-a verdiyi açıqlamada C.Frimpongun zədəsinin ciddi olmadığını, lakin A.İsak və K.Bredlinin durumunun tibbi müayinədən sonra dəqiqləşəcəyini bildirib.

Həmin kateqoriyadan