“Liverpul”da hər oyunda qalib gəlməlisən”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə liqa kubokunun 1/8 final mərhələsində “Kristal Pəlas”a 0:3 hesablı məğlubiyyəti şərh edib.

Allsport.az xəbər verir ki, o, bunu deyib:

“Əsas oyunçularımız olsa belə, “Kristal Pəlas”a qarşı nəticə qazanmaqda çətinlik çəkərdik. “Mançester Siti”nin start heyətini gördüm və həftəsonundan bir dənə də olsun oyunçusu yox idi, amma hiss olunurdu ki, onlar daha yaxşı komandadırlar.

“Liverpul”da hər oyunda qalib gəlməlisən. İstər “Liverpul”da oynayasan, istərsə də baş məşqçi olasan, pis nəticələr sıralaması varsa, təbii ki, təzyiq olacaq”,

“Liverpul” son yeddi oyunun altısında məğlub olub.

Həmin kateqoriyadan