“Liverpul”da rəsmi ayrılıq

“Liverpul” standart vəziyyətlər üzrə məşqçisi Aaron Briqqs ilə yolunu ayırıb.

Allsport.az xəbər verir ki, buna səbəb komandanın künc və cərimə zərbələri zamanı nümayiş etdirdiyi zəif statistikadır. “Qırmızılar” cari mövsümdə standart vəziyyətlərdən artıq 12 qol buraxıblar ki, bu da Avropanın “Böyük beşlik” liqalarında ən pis göstəricilərdən biridir.

Briqqs 2024-cü ilin iyulunda komandaya qoşulmuşdu. Hazırda onun vəzifəsini baş məşqçi Arni Slotun digər köməkçiləri icra edəcəklər.

Həmin kateqoriyadan