- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Həmyerlimiz Hafiz Baxşəliyevin rəhbərlik etdiyi “Ölümsüz çempionlar (“İmmortal Champions”) idman təşkilatı Londonda “Dəmir yumruq” adlı peşəkar kikboks və muay-tay yarışı keçirib. Allsport.az saytı xəbər verir ki, yarışda Britaniya, Çin, Çex Respublikası, Polşa, Pakistan və digər ölkələrin idmançıları mübarizə aparıblar.
Yarışın son 2 döyüşündə Britaniya və Avropa çempionları müəyyənləşib. Turnirdə Elia Devu digər idmançı Hadiqa Abdulu məğlub edərək Britaniya çempionu olub.
Ağır çəkili idmançılar arasında keçən mübarizədə Daniel Sam Çex Respublikasından çempion Marian Tuma ilə qarşılaşıb və ilk rəqibini 1-ci raundda məğlub edərək yeni Avropa çempionu titulunu qazanıb.
Tədbir zamanı yarış keçirilən idman sarayının ekranlarında Qarabağ zəfərinin rəmzlərindən “Dəmir yumruq” yazısı və “Xarıbülbül” loqosu əks olunub.
Jurnalistlər və məşhur idman bloqerlərinin də iştirak etdiyi tədbirdə “LEAP Frog Combat Media”, “Kickboxing” mətbuat orqanları və “UKMF” (United Kingdom Muay Thai Federation) rəhbərləri Hafiz Baxşəliyev tərəfindən mükafatlandırılıblar.