- Baxış sayı: 258
- 13 Mart 2026 20:00
- Baxış sayı: 124
- Mart 16, 2026
- 0

Martın 16-da gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 25-ci görüşünü keçirib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan idman akademiyasında təşkil olunan tədbirdə son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Gündəliyinə uyğun olaraq, əvvəlcə 2-8 mart tarixlərində təşkil edilmiş “İdman həftəsi”nin hesabatı təqdim edilib, 2026-cı ildə “İdman paytaxtı” Qazaxda keçiriləcək yarışlar haqqında məlumat verilib. Həmçinin Los Anceles-2028 yay olimpiya oyunlarına hazırlıq müzakirə edilib.
“İdmançılarda ustalığının artırılması və zədələrin qarşısının alınmasında biomexanik analizin rolu” və “İdmançıların təsnifatlaşdırılması” barədə təqdimatlar dinlənilib, eləcə də “2025-ci il ərzində regionlarda görülən işlərlə bağlı” hesabat təqdim edilib.
Tədbirdə texniki reqlament məsələləri, idmanda təhlükəsiz mühitin təminatı və şəxsiyyətin qorunması (safeguarding), idman federasiyalarının rüblük hesabat qaydaları, Bakı-2026 – “Dünyanın idman paytaxtı”nın rəsmi saytının təqdimatı və federasiyaların sosial media hesabatları da müzakirə olunub. Digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.