- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 277
- Mart 22, 2026
- 0

PSJ çempionlar liqasının 5-ci turunda “Bavariya”ya uduzub – 0:1.
Allsport.az xəbər verir ki, parislilərin baş məşqçisi Luis Enrike bu məğlubiyyətlə antirekorda imza atıb. Belə ki, PSJ-nin artıq ispan mütəxəssisin rəhbərliyi altında ÇL-da 8 məğlubiyyəti var. Paytaxt təmsilçisi bu göstəricini 17 oyunda edib.
Bundan əvvəl klub tarixində ən pis nəticəyə Loran Blan imza atmışdı – 30 matçda 7 məğlubiyyət.