Lukaku qayıdır

Mövsümöncəsi hazırlıqlardan bəri zədə səbəbindən sıradan çıxan “Napoli”nin 32 yaşlı belçikalı hücumçusu Romelu Lukaku bu həftə komandaya qayıdacaq.

Allsport.az xəbər verir ki, o, 14 avqustda “Olimpiakos”la keçirilən yoldaşlıq oyununda sol budundan ciddi əzələ zədəsi almışdı.

Lukaku ötən ilin yayında “Çelsi”dən “Napoli”yə 30 milyon avroya keçib. O, son mövsüm “A” seriyasında 14 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Həmin kateqoriyadan