Lunin azarkeşlərə təşəkkür etdi

“Real Madrid”in qapıçısı Andrey Lunin iyunun 1-də Londonda keçiriləcək “Borussiya” ilə çempionlar liqasının final oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, Lunin mayın 27-də qripdən xəstələndi, ona görə də komanda onsuz Londona uçdu. Ukraynalı final gününə qədər tam sağalmalıdır.

“Təəssüf ki, komanda ilə mövsümün ən vacib oyununa və həyatımın ən vacib oyununa hazırlaşa bilməyəcəm…

Bütün mesajlarınız və dəstəyiniz üçün çox sağ olun!” – Lunin sosial şəbəkədə yazıb.

Həmin kateqoriyadan