- Baxış sayı: 35
- 14 Yanvar 2025 20:41
- Baxış sayı: 638
- Yanvar 10, 2025
- 0
Azərbaycan voleybol federasiyası (AVF) yerli məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verir. Allsport.az saytı xəbər verir ki, AVF bu dəfə məşqçilər üçün 1, 2 və 3-cü dərəcəli kurslar təşkil edəcək.
İlk məşğələ 9-12 avqustda Qəbələdə olacaq. Burada Oğuz RVK-nın tərkibinə daxil olan şəhər və rayonların məşqçi-müəllimləri iştirak edəcəklər. Kursda nəzəri və praktik dərslər keçiriləcək.
Sonda iştirakçılar imtahan verəcək və uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar. Dərslər FİVB-nin məşqçi-instruktoru, “Azərreyl”in baş məşqçisi Cingiz Axarçeşmə tərəfindən keçiriləcək.
Belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər 3 dərəcəni alacaq mütəxəssislər isə FİVB-nin səviyyəl-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.