- Baxış sayı: 45
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 561
- Avqust 12, 2026
- 0

Qadın voleybolçuların yüksək liqasının 5-ci turunda UNEC öz meydançasında “Milli Aviasiya Akademiyası”na 0:3 yenilib. Allsport.az saytı xəbər verir ki, “tələbələr”in orta oyunçusu Xədicə Hadızadə mübarizəni belə şərh edib:
“Bu il ilk dəfədir ki, yüksək liqada çıxış edirəm. Çempionat çox maraqlı keçir. Rəqiblərimiz güclüdür, buna baxmayaraq, biz hər oyunda əlimizdən gələni edirik.
Komandaların heyətlərinə baxsaq görərik ki, UNEC çempionatın daha çox gənc oyunçuların olduğu komandadır. Təcrübəli oyunçulara, güclü komandalara qarşı oynamaq bizim təcrübəmizi artırır”.