“Azərreyl”lə “Murov Az Terminal” inamlı qələbə qazanıb

“Azərreyl”lə “Murov Az Terminal” inamlı qələbə qazanıb

Yüksək liqada yeni ilin ilk qarşılaşmaları keçirilib.
Allsport.az xəbər verir ki, ilin ilk oyunları kişi voleybolçular arasında olub. GİN-nin voleybol mərkəzində IV turun iki qarşılaşması baş tutub. MOİK “Azərreyl” ilə, “Murov Az Terminal” isə “Xilasedici” komandası ilə üz-üzə gəlib. Hər iki oyunda 3:0 hesabı qeydə alınıb. “Azərreyl” MOİK-i, “Murov Az Terminal” isə “Xilasedici” komandasını quru hesabla məğlub edib.
IV turun son oyunu sabah keçiriləcək. “Neftçi” “Gənclər”lə üz-üzə gələcək.

Yüksək liqa (kişilər)
IV tur
MOİK – “Azərreyl” 0:3 (12:25, 10:25, 14:25)
“Murov Az Terminal” – “Xilasedici” 3:0 (25:21, 25:19, 25:16)

8 yanvar
16:00. “Neftçi” – “Gənclər”
Ünvan: GİN-nin voleybol mərkəzi

Həmin kateqoriyadan