“Məğlubiyyətdə günahkar mənəm”

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının çempionlar liqasında “Arsenal”a qarşı məğlubiyyətini (0:2) şərh edib.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis məğlubiyyətə layiq olduqlarını etiraf edib: “Heç kimi fərqləndirmək istəmirəm, məğlubiyyətdə günah mənimdir. Biz buna layiq idik. Rəqib bizdən güclü idi.

Komandamızın nəyə qadir olduğunu görmək üçün mövsümün sonunu gözləmək lazımdır. Bu bizim ilk yüksək səviyyəli matçımızdır, buna bənzər başqa qarşılaşmalar da olacaq. Bu gün baş verənləri təkrarlamamalıyıq.”

Həmin kateqoriyadan