“Məğlubiyyətlər üzərində çox dayana bilmərik”

“Roma”nın hücumçusu Paulo Dibala Avropa liqasının üçüncü turunda “Viktoriya”ya 1:2 hesablı məğlubiyyəti şərh edib.

Allsport.az xəvər verir ki, argentinalı futbolçu  bunu deyib:

“Oyuna zəif başladıq, iki qol buraxdıq və sonra işlər həqiqətən çətinləşdi. Bu oyuna kifayət qədər diqqətimizi cəmləməmişdik. Aqressiv oynamasaq və qalibiyyətə ac qalmasaq, qələbə qazana  bilməyəcəyik. Bu gün komanda ruhumuz yox idi. Emosiyasız oynadıq. Məğlubiyyətlər üzərində çox dayana bilmərik, baxmayaraq ki, səhvlərimizi diqqətlə təhlil etməliyik”.

“Roma”nın üç xalla Avropa liqasının turnir cədvəlində 24-cü yerdədir. Viktoriya 7 xalla 4-cü yerdədir.

Həmin kateqoriyadan