- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Serbiyanın paytaxtı Belqradda dünya məktəblilərinin idman oyunlarına yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycanın karate, cüdo və taekvondoçu məktəblilərinin ardınca, güləşçi yeniyetmələri də medallar qazanıb.
Sərbəst güləş yarışlarında məktəblilər 8 medal əldə edib. Onlardan Sadiq Hüseynov (44 kq) və Camal Abbasov (52 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Elton Məmmədov (38 kq), Elgün Məmmədov (44 kq), Rəvan Rəhimli (48 kq) və İsmayıl Əsədli (85 kq) isə finaladək yüksəlməklə gümüş medala layiq görülüblər. Daha iki güləşçi – İsa Yusifov (44 kq) və Abdulla İbrahimov (75 kq) isə bürünc medalla kifayətlənib.
Beləliklə, məktəblilərimiz yarışı 20 medalla başa vurub.