- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında bu gün keçirilmiş yoxlama oyunundan sonra milli komandamızın baş məşqçisi Mirbağır İsayev fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandamızın 2:4 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
“Oyunun ilk 15 dəqiqəsində meydanda daha çox Rusiya yığması nəzərə çarpırdı. Bu, heyətdə etdiyimiz dəyişikliklərlə bağlıdır. Sevindici cəhət odur ki, Qara Qarayevi layiqincə əvəz edəcək Famil Camalov kimi futbolçu var. O, iki qol vurdu. Hətta üçüncünü də vura bilərdi. Əlbəttə, meydana qələbə üçün çıxmışdıq. Məni narahat edən əsas məsələ müdafiəçilərin primitiv səhvlərə yol verməsi oldu. Bu cür oyunların keçirilməsi yığmanın xeyrinədir. Yoxlama oyununda uduzsaq da, vacib olanı rəsmi qarşılaşmalarda qələbə qazanmaqdır”.