- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 277
- Mart 22, 2026
- 0

“Qarabağ” UEFA Avropa liqasının əsas mərhələsinin V turunda Fransanın “Lion” klubu ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, “köhlən atlar”ın əlcəzairli futbolçusu Yasin Benzia oyun öncəsi açıqlama verib:
“Əvvəllər formasını geyindiyim “Lion”a qarşı oyun mənim üçün çox maraqlı olacaq. Bu dəfə “Qarabağ”ın futbolçusu kimi meydana çıxacağam. Mənim üçün çox əhəmiyyətli görüş olacaq. Mənim oynadığım zaman “Lion” çox güclü idi. Böyük dəyişikliklərə baxmayaraq, bu komanda indi də yüksək səviyyədədir”.
Sabah Tofiq Bəhramov adına respublika stadionunda görüş saat 21:45-də başlayacaq.