- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov premyer liqanın 28-ci turunda “Qəbələ” ilə oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 3:1 qalib gəldikləri görüşdəki uğuru ölkə kubokunda da davam etdirəcəyini deyib:
“Çox gərgin çempionat alındı. Sonuncu pilləni tərk etmək istəyirdik. Futbolçularımız meydanda əziyyət çəkdilər və qələbə qazandılar. İlk olaraq, onları təbrik etmək istəyirəm.
Məqsədimiz Azərbaycan kubokunun final matçına yaxşı əhval-ruhiyyədə yollanmaq idi və buna nail olduq. Rəqib komandaya növbəti mövsümdə uğurlar arzu edirəm”.