“Məqsədimiz finalda oynamaq və onu qazanmaqdır”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani çempionlar liqasının 2-ci turunda “Pafos”u 5:1 hesabı ilə darmadağın etdikləri oyunu şərh edib.

Allsport.az xəbər verir ki, belçikalı mütəxəssis matç barədə bunu deyib:

“Hər şey asan görünürdü, amma belə deyildi. Bəli, qalib gəldik və hesab böyük oldu. Amma əminəm ki, “Pafos”la qarşılaşmada digər komandalar üçün asan olmayacaq. Xüsusilə də öz meydanında.

Hələ ilk oyundan əvvəl açıq şəkildə bildirmişdim ki, məqsədimiz finalda oynamaq və onu qazanmaqdır”.

Həmin kateqoriyadan